Nyu-Yorkda Heydər Əliyevlə bağlı sənədli film nümayiş etdiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-ın Nyu-York şəhərində çağdaş Azərbaycanın qurucusu, Ulu öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film
nümayiş etdiriləcək.
“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi
nümayəndəliyinin təşkilatçılığı ilə təqdim olunan filmin premyerası Nyu-Yorkda
fəaliyyət göstərən “Türk Evi”ndə baş tutacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində
Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.