c8c4c85a-0e6b-4316-8380-678be15696c5.jpg

Nyu-Yorkda Şopenin əvvəllər məlum olmayan əsəri tapılıb

Baxış sayı: 142 dəfə baxılıb.

Nyu-Yorkda Morqan Kitabxanası və Muzeyinin kuratoru Robinson MakKlellan
Madison prospektindəki institutun kolleksiyasında bəstəkar Frederik Şopenin
əvvəllər məlum olmayan əsərinin (vals) notlarını aşkar edib.

Cixisyolu.com bu barədə “The New York Times”a istinadən xəbər verir.

Məlumata görə, o, zamandan saralmış, 24 musiqi taktından (təkrarla 48) ibarət
qısa əsərin not vərəqini tapıb. Əsərin yuxarısında XIX əsrin ən uğurlu
bəstəkarlarından birinin soyadı yazılıb.

Şopenin xətti çox tanınan olduğundan, MakKlellan artefaktın həqiqiliyini
yoxlamağa qərar verib. Kağız və mürəkkəbin analizi, həmçinin xəttin və
kompozisiyanın musiqi üslubunun öyrənilməsi muzeydə məşhur polyak musiqiçisinin
unudulmuş valsının olduğunu təsdiqləyib.

Tarixçilər belə axtarışları yarım əsrdən çoxdur ki, etməyiblər.
Mütəxəssislərin fikrincə, Şopen tapılmış valsı 1830-1835-ci illər arasında,
20-dən bir qədər çox yaşı olanda yazıb.

Musiqişünasların fikrincə, əsər tamamlanıb. İfa zamanı onun davametmə müddəti
təxminən 80 saniyədir – bu, Şopenin daha əvvəlki illərdə yazdığı valslardan çox
qısadır.

Source link