a876f7e5-cbf0-44d3-81d0-a23e85109360..jpg

Nyu-Yorkda Şuşa barədə sənədli film təqdim edilib – FOTO

Baxış sayı: 754 dəfə baxılıb.

Nyu-Yorkda Şuşa barədə sənədli film təqdim edilib – FOTO

ABŞ-nin Nyu-York şəhərində “Xarıbülbül əfsanəsi” sənədli filmi təqdim edilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi
nümayəndəliyinin, Türkiyənin Nyu-York şəhərindəki Baş Konsulluğunun, Azərbaycan
Amerika Cəmiyyətinin və Amerika Muğam Cəmiyyətinin birgə təşkil etdikləri
tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin
Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, diplomatlar, eləcə də Azərbaycan və türk
icmasının fəalları iştirak ediblər.

Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri
aparılmış filmdə şəhərin simvollarından olan Şuşa qalası, Bülbülün ev muzeyi,
Vaqifin məqbərəsi, İsa bulağı və Şuşanın əsrarəngiz təbiəti ilə bağlı kadrlar
yer alıb. Filmdə şəhərin tarixi, musiqi və ədəbi mühiti, eyni zamanda, tarixi
şəxsiyyətləri barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən
müsahibələr alınıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı,
musiqisi, muğam sənəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil
edir. Şuşanın müxtəlif sənət növlərində dünya incəsənətinə bəxş etdiyi
töhfələrdən bəhs edən film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Filmin rejissoru – isveçli fotoqraf, operator Mikael Silkeberq “Xarıbülbül
əfsanəsi”nin ərsəyə gəlməsindən danışıb və bildirib ki, o ötən il Şuşaya
səfərindən sonra bu tarixi şəhəri ölümsüzləşdirməyə qərar verib.

Mikael Silkeberq filmin ərsəyə gəlməsində dəstək verən hər kəsə
minnətdarlığını bildirib.

Source link