Nyu-Yorkda xəstəxanaya yerləşdirilən COVID xəstələrinin sayı iki dəfə artıb
Nyu-York əyalətindəki xəstəxanalarda koronavirus xəstələrinin sayı son on
gündə demək olar ki, iki dəfə artıb.
Bu barədə ştat qubernatorluğundan məlumat verilib.
2022-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda dövlət xəstəxanalarında
8451 nəfər koronavirus xəstəsi var (bir gündə bu rəqəm 532 nəfər artıb). Cəmi
on gün əvvəl isə bu rəqəm 4 452 nəfər olub.
Qeyd edək ki, son həftələrdə Nyu-York koronavirusun “Omikron” ştammının
yayılma mərkəzlərindən birinə çevrilib.
Mənbə: TASS