Nyu-Yorkdan Azərbaycana gətirilən quş ətinə qoyulan məhdudiyyət ləğv olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ümumdünya Heyvan Sağlamlığı
Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə
uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Bununla bağlı AQTA-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi
məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında qeydə
alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, ABŞ-nin
sözügedən ştatında WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə
əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və
epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması
məqsədilə Nyu-York ştatına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsinə müraciət olunub.