e69b7885-0a74-4c00-b7a1-cb8eaf0187ee..jpg

“Nyukasl” doğma meydanda “Nottinqem”ə uduzdu – VİDEO

Baxış sayı: 468 dəfə baxılıb.

“Nyukasl” doğma meydanda “Nottinqem”ə uduzdu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Nyukasl Yunayted”
“Nottinqem Forest”lə qarşılaşıb.

Sent Ceyms Parkdakı oyun qonaqların 1:3 hesablı qələbəsilə bitib.

Oyunda hesabı penaltdən “sağsağanlar”ın isveçli hücumçusu Aleksandr İsak açsa
da, əvvəllər “Nyukasl”da çıxış edən “Nottinqem”in hücumçusu Kris Vud het-trik
edərək ev sahiblərini qol vurmağa peşman edib.

Bu qələbə sayəsində “Nottinqem” 17 xal toplayaraq turnir cədvəlində 16-cı
pilləyə yüksəlib. “Nyukasl” isə 29 xalla yeddinci yerdədir.


Source link