Obamanın köməkçisini təhqir edən aktrisaya ağır cəza

Obamanın köməkçisini təhqir edən aktrisaya ağır cəza

Baxış sayı: 2. 374 dəfə baxılıb.

Amerikalı məşhur aktrisa Roseanne Barr ölkənin sabiq prezidenti Barak Obamanın məsləhətçisi Valerie Jarreti təhqir edib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, “Twitter” hesabındakı paylaşımında Jarretə qarşı irqçi fikirlər səsləndirib.

“Müsəlman qardaşları və meymunlar planeti uşaq dünyaya gətirdilər, bu da Valeri Jarret oldu”, – o yazıb. 

Paylaşımın sərt reaksiya ilə qarşılandığını görən aktrisa fikirlərinə görə üzr istəyib. O, etdiyi əməli “pis zarafat” adlandırıb.

Aktrisa bu hərəkətinə görə ABC kanalında yayımlanan serialdakı rolundan uzaqlaşdırılıb. Qısa müddət sonra aktrisanın baş rol aldığı “Rozanna” serialının yayımı dayandırılıb. 

www.ÇıxışYolu.Com