3a347be7-fbb6-442c-b17e-8ad0552060cc..jpg

O`Brayen: “ABŞ Türkiyəyə verilən silahların Azərbaycana qanunsuz göndərilməsini, istifadəsini görməyib”

Baxış sayı: 708 dəfə baxılıb.

O`Brayen: “ABŞ Türkiyəyə verilən silahların Azərbaycana qanunsuz
göndərilməsini, istifadəsini görməyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Türkiyəyə satdığı və ya Türkiyənin ABŞ-dən əldə etdiyi silahların
Azərbaycana qanunsuz göndərilməsini, bu silahların Azərbaycan tərəfindən
istifadə edildiyini görməyib”.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya
məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Xarici İşlər Komitəsində keçirilən
dinləmədə bildirib.

Nümayəndələr palatasının üzvü Dina Titus daha əvvəlki əməliyyatlar zamanı F-16
qırıcılarının Türkiyə tərəfindən Azərbaycanda istifadəsinənə dair xəbərlər
gördüyünü və bunun nə qədər doğru olduğunu soruşub.

Ceyms O`Brayen NATO müttəfiqi olan Türkiyə ilə bu sahədə əlaqələrin çox şəffaf
olduğunu və heç bir qanunsuz göndəriş əlamətini görmədiyini bildirib.

“Bizim ehtiyatlı son istifadəçi təlimatlarımız və monitorinqimiz var. Mən heç
vaxt qanunsuz göndərilmə əlaməti görməmişəm. Praktiki olaraq biz bu məsələdə
çox ehtiyatlıyıq. Xüsusilə də NATO müttəfiqi olan Türkiyə ilə bu əlaqələr çox
şəffafdır…

Mən (F-16 – qırıcılarının daha əvvəlki əməliyyatlarda istifadəsi ilə) tanış
deyiləm, heç vaxt eşitməmişəm”, – O`Brayen deyib.

Source link