Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin
müddəti iki il artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin
müddəti iki il artırılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının
gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini
tapıb.
Qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və
sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qurumun qərarına əsasən aldığı problemli aktivlərin (borcların)
əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə razılaşdırdığı
əmlaka görə 2019-cu il yanvarın birindən beş il müddətinə əmlak vergisini
ödəməkdən azaddır. Bu müddət gələn il yanvarın birində bitir.
Layihəyə əsasən, bununla bağlı əmlak vergisini ödəməkdən azadolma 2019-cu il
yanvarın birindən etibarən yeddi il müddətinə olacaq.