5f1c5c67-f68e-46bb-814b-20209088e820..jpg

Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU – VİDEO

Baxış sayı: 426 dəfə baxılıb.

Ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs TUTULDU – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd
avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat
vasitələrinin ehtiyat hissələrini oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ)
əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli
bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb.

Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə
terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən
olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link