“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”
təsdiqlənib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının
aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq
edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.
AMB-nin Hüquq departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi
tapşırılıb.