Ödəniş sistemləri üzrə qanun layihəsinə təkliflər banklara göndərilib

Ödəniş sistemləri üzrə qanun layihəsinə təkliflər banklara göndərilib

Baxış sayı: 3. 045 dəfə baxılıb.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun iclası keçirilib.

ÇıxışYolu.Com ABA-ya istinadən xəbər verir ki, iclasda Elektron ticarət qaydasında edilən ödənişlərin 2017-ci il üzrə dövriyyəsinə dair araşdırmanın nəticəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyinə ünvanlanmaq üçün MCC kodların yenilənmiş siyahısı, həmçinin, key-entered formasında əməliyyatlar müzakirə edilib.

İclas çərçivəsində MOTO tipli əməliyyatlar elektron ticarətə aid edildiyi üçün bu tip əməliyyatlardan vergi tutulmasına davam edilməsi və bununla bağlı banklara rəsmi məktubun ünvanlanması, 2018-ci ilin I rübü üçün MCC siyahısının təsdiq edilib Vergilər Nazirliyinə göndərilməsi, MCC kodlar üzrə 2017-ci il üçün hazırlanmış hesabatın 2016 və 2018-ci illərin analoji dövrü ilə muqayisəsi, həmçinin, ödəniş xidmətləri və ödəniş sistemləri üzrə qanun layihəsinin rəy və təkliflər üçün banklara göndərilməsi məsələləri qərara alınıb.

.
www.ÇıxışYolu.Com