Rusiyada yaxın gələcəkdə nağd pul və ya bank kartı olmadan belə avtomobilə benzin vurmaq mümkün olacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “RenTV” məlumat yayıb.
Vətəndaşlar ödənişləri “selfi” vasitəsilə həyata keçirə biləcək. Gənc rusiyalı alimlərin hazırladığı texnologiya pilot layihə çərçivəsində artıq Moskvanın bir sıra satış nöqtələrində tətbiq olunur.
Selfi vasitəsi ilə ödəniş üçün əsas şərt smartfona xüsusi tətbiqin yüklənməsidir. Ağıllı tətbiq hər bir insan üçün unikal olan üz cizgilərini və göz qırpımı, təbəssümü, kameranın yaxınlaşması və uzaqlaşmasını təfsilatlı şəkildə tanıya bilir.
Alınmış məhsullar hesablandıqdan sonra alıcı şelfi çəkdirir və ödənilməli məbləğ dərhal smartfona bağlı olan bank kartından məxaric edilir.