42339b03-f222-4c33-a246-1a4616f1ced7..jpg

Odessada partlayış baş verib

Baxış sayı: 470 dəfə baxılıb.

Odessada partlayış baş verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Odessa şəhərində partlayış baş verib.

Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper şəhər sakinlərini
sığınacaqlara getməyə çağırıb.

Bakı vaxtı ilə saat 13:48-dən etibarən Ukraynanın bir neçə vilayətində həyəcan
siqnalı işə düşüb.

Qeyd edək ki, martın 6-na keçən gecə Odessa, Sum və Xmelnitski vilayətində
partlayışlar barədə məlumat yayılıb. Qaz kəmərinə, bir neçə yaşayış binasına və
istirahət obyektinə ziyan dəyib. Sum vilayətinin rəhbəri vəzifəsini icra edən
Artyom Kobzar kritik infrastruktur obyektinə, Xmelnitski vilayətinin
administrasiyası isə infrastruktur obyektinə ziyan dəydiyini bildirib. Bir neçə
qəsəbənin sakinləri işıqsız qalıblar.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, hücumlar yalnız Ukraynanın hərbi və
enerji obyektlərinə və əlaqədar infrastrukturlara edilir.

Mənbə: rbc.ua

Source link