Yunanıstanda keçirilən klublararası şahmat üzrə Avropa çempionatında III tura yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, kişilərdən ibarət “Odlar Yurdu” komandamız yenə inamlı qələbə qazanıb.
Şəhriyar Məmmədyarovun istirahət etdiyi turda komandamız İslandiyanın “Reykyavik” komandasını 6:0 məğlub edib. Komandamız altı xalla liderlər sırasında qərarlaşıb.
Qadınlardan ibarət eyniadlı komandamız isə Rusiyanın SŞOR klubuna 1,5:2,5 hesabı ilə uduzub.
“Odlar Yurdu” iki xalla VI yerdədir.
Sabuhi MUSAYEV
www.ÇıxışYolu.Com