Odlu silahlar aşkar edilərək götürülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Füzuli rayonunda daha bir odlu silah polisə təhvil verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan
verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu
silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin
təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti
tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü
olaraq təhvil verib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat
tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan bir
ədəd avtomat, bir ədəd daraq və 23 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat
tədbiri nəticəsində qanunsuz odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
keçirilmiş tədbirlərlə əvvəllər də məhkum olunmuş şəhər sakini Elçin Qəribov
saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman bir ədəd “Kalaşnikov”
markalı avtomat, 14 ədəd patron və bir daraq aşkar edilərək götürülüb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, E.Qəribov
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində nəzarət-profilaktiki
tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
keçirilən müvafiq tədbirlər nəticəsində ötən gün ərzində 14 nəfər rayon
sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri
aşkar edilərək götürülüb.
Son bir həftə ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu
istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən beşi könüllü olmaqla
ümumilikdə 27 odlu silah təhvil götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.