“Ofisait” brendinin Sumqayıtda daha bir mağazası açıldı

“Ofisait” brendinin Sumqayıtda daha bir mağazası açıldı

Baxış sayı: 4. 369 dəfə baxılıb.

Azərbaycanda dəftərxana ləvazimatlarının satışı üzrə tanınmış brendə çevrilən “Ofisait”in bu gün Sumqayıt şəhərində daha bir mağazasının rəsmi açılışı olub.    

Şirkətin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Sumqayıt şəhəri, Heydər Əliyev pr. Dostluq küçəsi 22/54  ünvanında yerləşən mağaza “Ofisait”in ölkə üzrə sayca 29-cu, Sumqayıt üzrə isə 3-cü mağazasıdır. 

Müştərilər yeni açılan mağazaya yaxınlaşmaqla “FRAUZEN”, “HANSBUR”, “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.

Yeni açılmış mağazada məhsullarla bağlı daha ətraflı məlumat almaq üçün 012 310 4 310 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

Qeyd edək ki, “OYAL” brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda, tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilib. 

Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür. 

Ətraflı məlumat üçün İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxslə əlaqə saxlaya bilərsiniz.

Bakı, Nəsimi rayonu Dilarə Əliyeva küç 235/a
Tel:  (+99412) 310 4 310
Mob: (+99455) 246 0 010
E-mail: info@ofisait.com

www.ÇıxışYolu.Com