Oğlan sevgilisinə görə cinayət törədən Əliağa məhkəmə qarşısında

Oğlan sevgilisinə görə cinayət törədən Əliağa məhkəmə qarşısında

Baxış sayı: 2. 874 dəfə baxılıb.

Oğlan sevgilisinə görə cinayət törədən Əliağa məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əliağa Abdullayevin CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu il martın 15-i saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun Novxanı qəsəbəsində, əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirib. 

Abşeron RPİ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə cinayəti törədən əvvəllər məhkum olunmuş Əliağa Abdullayev saxlanılıb.

Məhkəmə prosesində Ə.Abdullayev ittiham üzrə özünü təqsirli bilib. O, ittiham aktında yazılanların düzgün olduğunu bildirib: 

“Həbsdə yaxın tanışım, yəni “oğlan sevgilim var”. Ona söz verdim ki, yanına gələcəm. Buna görə də bu əməli törətdim”.

Zərərçəkmiş E.Hüseynov bildirib ki, ona dəymiş maddi ziyan ödənilib, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.

Növbəti proses avqustun 28-nə təyin edilib.

www.ÇıxışYolu.Com