ef6f7eb0-1286-45ac-88e3-8a852c6608ba..jpg

Oğlu bir ailənin dörd üzvünü qətlə yetirən atanın intiharı: Qızı da özünü öldürübmüş – YENİLƏNİB

Baxış sayı: 4. 176 dəfə baxılıb.

Oğlu bir ailənin dörd üzvünü qətlə yetirən atanın intiharı: Qızı da özünü
öldürübmüş – YENİLƏNİB

Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar
edib. 58 yaşlı Loğman Cəlilov özünü asaraq canına qəsd edib. Onun oğlunun
törətdiyi cinayətə dözməyərək intihar etdiyi iddia olunur.

Hadisə barədə Modern.az-a danışan kəndin bələdiyyə sədrinin müavini Cahangir
Əliyev bildirib ki, Loğman Cəlilov ötən ay baş verən hadisədən sonra özünə
qapanıb və kənd sakinləri ilə təmasda olmayıb.

“Məlum hadisə hər kəsə pis təsir etmişdi. Loğman Cəlilov oğlunun törətdiyi
cinayətdən sonra kənd sakinlərinin arasına çıxmırdı. Polis ailəni nəzarətdə
saxlayırdı. O, bir müddət qardaşının evində qaldı, sonra öz evinə, Tatallar
kəndinə qayıtdı. Loğman çox mehriban, zəhmətkeş kişi idi. Onların digər ailə
ilə aralarındakı ədavət belə vəziyyətə gətirib çıxardı.

Hadisədən sonra artıq hamı bilirdi ki, Fuada ağır cəza veriləcək. Əlbəttə, bu,
bir ata üçün böyük dərddir. Loğman Cəlilovun illər öncə qızı intihar etmişdi.
Daha sonra oğlunun belə olması, görünür, ona çox pis təsir edib”, – deyə sədr
müavini vurğulayıb.

C.Əliyevin sözlərinə görə, Loğman Cəlilov təxminən bir neçə gün öncə özünü
öldürüb.

Xatırladaq ki, qətl hadisəsi dekabrın 2-də Beyləqanın Tatalılar kəndində baş
vermişdi. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir
Quliyev, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində,
oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla
güllələmişdi.

Məlumata görə, Fuad Cəlilzadənin atası 2009-cu ildə münaqişə zəminində Nadir
Quliyevə yaba ilə ağır xəsarət yetiribmiş. N.Quliyevin şikayətçi olması ilə
məhkəmə ona 6 il yarım həbs cəzası veribmiş. O, həbsxanadan çıxdıqdan sonra
qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar
olurmuş.

Qeyd edək ki, qətlə yetirilən ailənin 4 övladı olub. Onlardan ikisi Bakı
şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə
alınaraq Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

15:34

Beyləqanda bir ailənin dörd üzvünü güllələyən Fuad Cəlilzadənin atası intihar
edib.

APA-nın əldə etdiyi xəbərə görə, 58 yaşlı Loğman Cəlilov oğlunun cinayətinə
dözməyərək özünü asıb.

Onun 25 yaşlı ailəli qızının bir neçə il əvvəl özünü asaraq öldürdüyü
bildirilir.

Qeyd edək ki, ötən il dekabrın 2-i Beyləqanın Tatalılar kəndində 1995-ci il
təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə qonşuları Nadir
Quliyevi, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqlarını evin həyətində,
oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla
güllələyib. Ağır yaralanan ailə üzvlərinin hamısı hadisə yerində ölüblər.

Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə
yetirmək) maddəsi ilə ittiham verilib. Onun barəsində Beyləqan Rayon
Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Source link