4646544c-4e40-46c9-a8d0-576b74c4932d..jpg

Oğlunu itirən Rəhman Rəhmanov: “Başımız üstümüzdə deyil”

Baxış sayı: 470 dəfə baxılıb.

Oğlunu itirən Rəhman Rəhmanov: “Başımız üstümüzdə deyil”

Aktyor, Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovun dünyasını
dəyişməsi ilə bağlı məlumat verib.

Əməkdar artist Cixisyolu.com-a açıqlamasında dəfn tarixi və yeri haqqında dəqiq
məlumat bilmədiyini söyləyib:

“Zəng edib, hər kəs başsağlığı verir. Allah hər birinin ölənlərinə rəhmət
etsin. Mən hələ dəfn yeri və tarixi haqqında nə isə deyə bilmərəm. Hələ heç nə
bilmirik. Başımız üstümüzdə deyil. Danışa bilmirəm. Meyiti götürməyə çalışırıq”.

Müğənninin həyat yoldaşı Sabrina xanım Bizim.Media-ya açıqlamasında bildirib
ki, Emil bu gün Biləcəri ərazisində yerləşən qəbristanlıqda torpağa
tapşırılacaq.

Xatırladaq ki, Emil bir saat əvvəl M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə
Mərkəzində vəfat edib. O, damar tıxanması səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, aktyorun oğlu 2008-ci ildə soyğunçuluq etməkdə
təqsirləndirilərək həbs olunub, altı il müddətinə azadlıqdan məhrum edilmişdi.
E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurmuşdu.

Nəzrin Vahid

Source link