904a3d56-fda4-4de6-a61d-27b2029801c0..jpg

Oğlunu öldürən şəxslə bağlı qərar çıxarıldı

Baxış sayı: 951 dəfə baxılıb.

Oğlunu öldürən şəxslə bağlı qərar çıxarıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən
Nüsrət Vahabovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Sumqayıtda Ağır Cinayətlər Məhkəməsinin hökmü Nüsrət Vahabov 9 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2022-ci ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə
sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu
Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad
tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə
zərbələr endirib. Nüsrət Vahabov isə oğlunu cəzalandırmaq məqsədi ilə cibindən
çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu
qanitirmədən ölüb.

Məhkəmə ifadə verən Nüsrət Vahabov bildirib ki, oğlu narkotik aludəçisi olub.

Source link