21273f84-83a7-4bfe-8311-cbb1d45d7f8b..jpg

Oğlunun ildönümü günü atası vəfat etdi – FOTO

Baxış sayı: 1. 549 dəfə baxılıb.

Oğlunun ildönümü günü atası vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin atası
İnqilab Baxşəliyev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhid atası noyabrın 3-də oğlunun üçüncü
ildönümü günündə dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də
Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi.

O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə
iştirak edib. Noyabrın 3-də Zəngilan istiqamətində döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Source link