3a88a68c-1b1c-47f2-9d75-fbb8ee945890..jpg

Oğurluq edən keçmiş məhkum tutuldu, tanışını ələ verdi

Baxış sayı: 800 dəfə baxılıb.

Oğurluq edən keçmiş məhkum tutuldu, tanışını ələ verdi

Hacıqabulda oğurluq edən şəxslər saxlandı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən
fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum
olunmuş Vəli Zayidov saxlanılıb.

İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən
oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar
zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər
tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su motoru
oğurlamaqla zərərçəkmişə 4 600 manat maddi ziyan vurublar.

Oğurluq hadisəsində iştirak edən İ.Şirinovda müəyyən edilərək istintaqa cəlb
olunub. Oğurlanmış əşyalar bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb,
araşdırmalar davam etdirilir.

Source link