Oğurluq etdikləri evləri yandıran gənclər saxlanıldı – FOTO

Oğurluq etdikləri evləri yandıran gənclər saxlanıldı – FOTO

Baxış sayı: 3. 111 dəfə baxılıb.

Oğurluq etdikləri evləri yandıran gənclər saxlanıldı – FOTO

Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Neftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar TağıyevRamin Rütəmov və qardaşı Taleh Rütəmov saxlanılıblar.

İstintaqın gedişi zamanı dəstə üzvlərinin cari ilin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha beş evdən oğurluq etdikləri məlum olub.

Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com