1b39a832-7494-481d-af6e-f2364045e357..jpg

Oğuz sakini qətl törətməyə getdiyi yerdə özü öldü TƏFƏRRÜAT – YENİLƏNİB + VİDEO

Baxış sayı: 626 dəfə baxılıb.

Oğuz sakini qətl törətməyə getdiyi yerdə özü öldü TƏFƏRRÜAT – YENİLƏNİB + VİDEO

Oğuz rayonunun Mollalı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum
olub.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində Mollalı
kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması
barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin
araşdırma zamanı Toğrul Kərimovu 3 gün əvvəl odlu silahla öldürən şəxsin
əvvəllər məhkum edilmiş 31 yaşlı Pərvin Məmmədov olduğu müəyyən edilib.

İddiaya görə, onlar arasında borc məsələsi olub. Toğrul Kərimov həmkəndlisi
olan Pərvin Məmmədovu 3 gün əvvəl meşəlik əraziyə aparıb. Toğrul öldürmək
məqsədilə apardığı Pərvin üçün əvvəlcədən qəbir də qazıb.

Elə həmin yerdə başlayan dava tüfəngdən açılan qəfil atəşlə qurtarıb. Toğrul
Kərimov qarın boşluğuna dəyən güllə nəticəsində ölüb. Pərvin Məmmədov Toğrulu
elə özünün qazdığı yerdə basdıraraq ərazidən uzaqlaşıb.

Hadisədən sonra Pərvin Məmmədov könüllü şəkildə ərazi polis orqanına gələrək
təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

14.09.2023, 13:00

Sentyabrın 14-də saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik
ərazidə 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimovun meyitinin
aşkarlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin
araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran
şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Pərvin Əlfəddin oğlu
Məmmədov olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək
təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Source link