cb90032b-c389-46d2-8ee2-a83aa031218c..jpg

Oğuzda 14 kəndin internet təminatı kəsildi – SƏBƏB + FOTO

Baxış sayı: 415 dəfə baxılıb.

Oğuzda 14 kəndin internet təminatı kəsildi – SƏBƏB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda irigövdəli ağacın aşması nəticəsində rayonun 14 kəndini internetlə
təmin edən xətlər sıradan çıxıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayan kəndində
baş verib.

Qeyd olunur ki, yol kənarındakı irigövdəli ağac güclü yağış və külək
nəticəsində aşaraq kəndləri mərkəzlə birləşdirən internet xəttini qırıb.
Nəticədə Oğuz rayonunun Bayan, Qarabaldır, Kərimli, Yaqublu, Yenikənd, Zərrab,
Top, Padar, Sincan, Xaçmaz, Filfilli, Çaldaş, Böyük Söyüdlü və Qarabulaq
kəndlərinə internetin verilişi kəsilib.

Hazırda aşan ağacın ərazidən götürülməsi və internet xətlərinin bərpası
istiqamətində işlər aparılır.

Source link