Oğuzda 36 yaşlı kişini döyən şəxsin kimliyi məlum olub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oğuzda 36 yaşlı kişinin döyülməsi barədə araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş
inspektoru, polis kapitanıMahir Məsimov Cixisyolu.com-ın sorğusuna cavab olaraq
bildirib ki, zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən olunması
məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub:
“Nicat Abbasova xəsarət yetirən şəxsin kimliyi müəyyən olunub.
Faktla bağlı təhqiqat araşdırmaları aparılır”.
11:40
Oğuzda 36 yaşlı kişi döyülüb.
APA-nın məlumatına görə, oktyabrın 27-dən 28-nə keçən gecə 1987-ci il
təvəllüdlü Tərtər rayon sakini Nicat Yaşar oğlu Abbasov bədənin küt travmaları
ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Oğuz RMX-də N.Abbasova
ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-yə
göndərilib.
N.Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz Rayon
Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.
İlhamə Əbülfət