04027005-3ebf-470d-8c64-4af7ce730e2f..jpg

Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

Baxış sayı: 797 dəfə baxılıb.

Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş
verib.

Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir
elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar
müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link