a2a08303-9240-4a7e-a273-4fc02fb29004.jpg

Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurub

Baxış sayı: 30 dəfə baxılıb.

Oğuzda avtomobil baba və azyaşlı nəvəsini vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhəri, H. Əliyev
prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrail Xələfzadə idarə etdiyi VAZ-21015 markalı
avtomobillə rayonun Muxas kənd sakini, 1959-cu il təvəllüdlü Etibar Yoməddin
oğlu Fərhadov və onun azyaşlı nəvəsi, 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu
Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan baba və nəvə Oğuz Rayon
Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə
olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə
buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link