3fe9de2e-05ec-4ab0-91e4-542fb6a4514d..jpg

Oğuzda bir nəfər ov zamanı xəsarət alıb

Baxış sayı: 813 dəfə baxılıb.

Oğuzda bir nəfər ov zamanı xəsarət alıb

Oğuzda bir nəfər ov zamanı xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, fevralın 1-də Oğuz rayonunun Dəymədağlı kəndi ərazisində bir
nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis
Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə
rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil
Abdullayevin xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi
yardım göstərildikdən sonra evə buraxılıb. Hüseyn Cavadovdan isə müvafiq
sənədləri olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Source link