4d6132c9-9479-4a57-9da2-dcd238f784b4..jpg

Oğuzda keçmiş məhkum narkotik satışına görə saxlanılıb – FOTO/VİDEO

Baxış sayı: 415 dəfə baxılıb.

Oğuzda keçmiş məhkum narkotik satışına görə saxlanılıb – FOTO/VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri
zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, keçirilən tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət
Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov
saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş
marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.
Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu
müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı
kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Bayan kəndi
ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi
çəkisi 3 ton 308 kiloqram olan 4 582 ədəd çətənə kolu kökündən çıxarılıb və
yandırılaraq məhv edilib.


Source link