f17c4389-ede2-486b-aa39-7c136edbf256..jpg

Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb

Baxış sayı: 656 dəfə baxılıb.

Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, hadisə rayonunun Qumlaq kəndində baş verib.

Gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul
vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb.

Məlum olub ki, o, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada
xərcləyib.

Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib,
araşdırmalar davam etdirilir.

Source link