f0f3de59-9d5f-452d-997a-9dcda6ba27b4..jpg

Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Baxış sayı: 776 dəfə baxılıb.

Oğuzda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, saat 16 radələrində Oğuz şəhəri Cavanşir küçəsində
iki minik avtomobili toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər – Şəki rayonu
Baş Zəyzid kənd sakinləri, 1966-cı il təvəllüdlü Eldar Mürsəl oğlu Cəlilov və
1992-ci il təvəllüdlü Rövşən Kamal oğlu İbadov Oğuz Rayon Mərkəzi Xəstəxanasına
yerləşdiriliblər.

Oğuz RMX-da yaralılara lazımi tibbi yardım göstərildikdən sonra müayinə və
müalicələrini davam etdurmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Source link