97e17bec-9826-4e1e-8cdf-e354b23d6210..jpg

Oğuzda yollar buz bağlayıb, hərəkət məhdudlaşıb – FOTO

Baxış sayı: 762 dəfə baxılıb.

Oğuzda yollar buz bağlayıb, hərəkət məhdudlaşıb – FOTO

Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb, çoxlu sayda nəqliyyat vasitəsi
yolda qalıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hərəkət, əsasən, şəhərin
Heydər Əliyev prospektində məhdudlaşıb.

Gecə temperaturun xeyli düşməsi yolların buz bağlamasına səbəb olub. Bu gün
səhər saatlarından isə minik avtomobillərinin hərəkətində çətinliklər yaranıb.

Sürücülər isə “Report”un yerli bürosuna açıqlamalarında şəhərin daxili
küçələrinin təmizlənmədiyini bildiriblər.

Source link