Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dünya erməni
birliyinin imkanlarını uğurla mənimsəyən Luis Moreno Okampo növbəti dəfə
azərbaycanofob təxribat təşkil etmək üçün öz xidmətlərini təklif edib.
Bu barədə “Caliber”in “YouTube” kanalında dərc olunan yeni süjetdə bildirilir.
“Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-26-da
Almaniyada işgüzar səfərdə olub. Aprelin 26-da Almaniya kansleri Olaf Şolts
Azərbaycan prezidenti ilə danışıqları zamanı daşnaklar Federal Kanslerin ofisi
qarşısında piket keçiriblər. Məlumata görə, tədbirdə Almaniyadakı Ermənilərin
Mərkəzi Şurasının üzvləri, o cümlədən erməni diasporundan qidalanan Okampo da
iştirak edib.
Xatırladaq ki, Okampo Ermənistana iki dəfə səfər edib və “Haaqa tribunalının
erməni soyqırımı məsələsinə baxmağa haqqı var” kimi əsassız açıqlamaları ilə
yadda qalıb. O, Azərbaycanı ləkələmək üçün növbəti missiya, yeni erməni
sifarişi üzərində işləməyə başlayıb”, – videomaterialda qeyd olunub.
Daha ətraflı “Caliber”in süjetində: