“Qalatasaray” klubunun təcrübəli baş məşqçisi Okan Buruk taktiki gedişatda
dəyişiklik etmək qərarına gəlib.
Cixisyolu.com xəbər verir ki, Okan Buruk bundan sonra hücum xəttində iki hücumçunu
birlikdə oynadacaq.
Baş məşqçinin taktiki gedişatda etdiyi dəyişikliklərdən biri isə Dris Mertensə
istirahət verməsi olacaq.
Belə ki, 38 yaşlı yarımmüdafiəçi minimum üç oyunda meydana əsas heyətdə
buraxılmayacaq. Bundan başqa Yelert və Yusuf Yazıcı əsas heyətdə yer alacaqlar.
Komandanın müdafiə xəttində isə dəyişiklik olunmayacaq.
Qeyd edək ki, hazırda aktivində 22 xalı olan “Qalatasaray” klubu turnir
cədvəlinin lideridir. “Samsunspor” 18 xalla 2-ci, “Beşiktaş” 17 xalla 3-cüdür.
İlk dördlüyü 16 xalla “Fənərbağça” qapayır.