Havay adaları rayonunda dayverlərin müəmmalı sualtı qayığa rast gəlmələrini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
ÇıxışYolu.Com xəbər verir ki, kadrlarda 30 fut (təxmini 9 metr) uzunluğunda ağ rəngdə naməlum gəmi görünür.
Gəmi qəribə səs çıxararaq dayverlərin altından yavaş-yavaş üzüb keçir və yenidən okean dərinliklərində yoxa çıxır.
Videoçarxın altındakı şərhlərdə istifadəçilər güman ediblər ki, əslində naməlum gəmi turistlər üçün ekskursiya təşkil edən submarindir.