Oksana Rəsulova: “Davam etsəydim, indi tanınmış həkim idim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Doqquz il tibb oxumuşam, cərrah ginekoloqam”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova
verilişlərin birində deyib.
Sənətçi tibb təhsili almasından, amma fəaliyyətini həkim kimi davam
etdirməməsindən danışıb:
“Ailəm məni başqa sahəyə yönəltdi. Kimya, bialogiyanı yaxşı bildiyim üçün tibb
akademiyasına qəbul oldum. Altı il oxudum, həkim oldum. Sonra iki il ginekoloq
ixtisası üzrə, bir il isə dəri-zöhrəvi ixtisası üzrə təhsil aldım. Davam
etsəydim, indi tanınmış həkim idim. İndi də həkim kimi məsləhətlər verə
bilərəm. Fəaliyyətim o vaxtdan var. Amma incəsənət məni daha çox cəlb edirdi”.