Oksana Rəsulova: “Şəhriyarla heç vaxt birlikdə yaşamamışıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şəhriyarın övladına qarşı münasibəti çox yaxşıdır. Biz heç vaxt birlikdə
yaşamamışıq, amma uşağımız atalıq hissindən məhrum olmayıb. Hər zaman əli
Osmanın üzərindədir”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqas-aktrisa Oksana Rəsulova
verilişlərin birində deyib.
Sənətçi keçmiş həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovun övladı ilə
münasibətindən söz açıb:
“Çox yaxşı dostdurlar. Bizdə uşaq doğulandan demişəm ki, ata bu gün və ya iki
gün sonra gələcək. Belə bir şey deyildi ki, var idi, birdən yox oldu. Elə bir
travma yaşamayıb. Bizim ailəmiz dostluq üzərində qurulub. Düşünmürəm ki, Osman
valideynləri tərəfindən korluq çəkir”.
Qeyd edək ki, Şəhriyar və Oksana ailəli olduqlarını, bir neçə ay sonra isə
ayrıldıqlarını açıqlayıblar.