f2bfeaa1-206c-4f7a-a12f-78cc7c5b823b.jpg

Oktay Kaynarca himnimizi bilməyən iştirakçıya əsəbiləşdi

Baxış sayı: 191 dəfə baxılıb.

Türkiyədə məşhur intellektual yarış proqramı “Kim milyoner olmak ister”in son
buraxılışında maraqlı anlar yaşanıb. Belə ki, verilişə qatılan iştirakçılardan
biri ən asan hesab edilən sualı cavablandıra bilməyib. Bu isə aparıcı Oktay
Kaynarcanı əsəbiləşdirib.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Söhbət yarışın ilk mərhələsində verilən sualdan gedir. Bildiyimiz kimi, bu
verilişin ilk sualları, adətən, asan olur. Bəzi iştirakçılar
həyəcanlandıqlarını bildirərək bu sadə suallara cavab verə bilmirlər və təqdim
olunan üç imtiyazdan birini istifadə edir.

Lakin bu dəfə yarışa qatılan iştirakçı suala cavab verə bilməyəndə Oktay
Kaynarca əsəblərini cilovlaya bilməyib. Həmin sual belə idi: “Sən olasan
gülüstan” ifadəsi hansı ölkənin himnində keçir?”

Cavablar

A) ABŞ

B) Fransa

C) Azərbaycan

D) Meksika

İştirakçı düzgün cavabı bilməyəndə “tamaşaçı cokeri”ndən istifadə edib.
Tamaşaçıların 96%-i “Azərbaycan” cavabını verib. Lakin Oktay Kaynarca səbrini
basa bilməyib və iştirakçını qınayıb:

“Sən olasan gülüstan” ifadəsi Meksikaya aid ola bilərmi, ABŞ-yə aid ola
bilərmi?” – deyə iştirakçıdan soruşub.

İştirakçı bu cümlənin türkcəyə tərcümə edildiyini düşündüyünü bildirib.

Source link