Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin
gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85, gündüz
55-60% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin
gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6
dərəcə şaxta, gündüz 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.