6907c16d-b2c0-4d91-a702-bee9264bdd18.webp

Oktyabrın ikinci həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Baxış sayı: 29 dəfə baxılıb.

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli
keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Cixisyolu.com-ın təqdim etdiyi afişada oktyabrın 7-dən 13-dək Bakıda keçiriləcək
tamaşalar, konsertlər və digər tədbirlər yer alır.

9 oktyabr

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat
19:00-da”Payatsı” operası nümayiş olunacaq.

Rudjero Leonkavallonun “Payatsı” operasının dirijoru Yalçın Adlgözəlov,
quruluşçu rejissoru Cənnət Səlimova, rejissoru Hafiz Quliyevdir.

Biletlərin qiyməti: 12 – 20 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Manqurt”
tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 10 – 12 AZN

10 oktyabr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da “Çölün ruhu” adlı
konsert olacaq.

Biletlərin qiyməti: 4 – 20 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Cəhənnəm
sakinləri” tamaşası oynanılacaq.

Əsərin müəllifi Elçin Əfəndiyev, tamaşanın quruluşçu rejissor və rəssamı: Azər
Paşa Nemətov, rejissoru Anar Sadoqovdur.

Biletlərin qiyməti: 8 – 15 AZN

11 oktyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Lokomotiv və
vaqonlar” tamaşası göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Rəvanə
Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00-da “Pişiyin evi” (rus dilində)
nümayiş olunacaq.

Samuel Marşakın ibrətamiz hekayəti uşaqların dünyasında bir başqa bərq vurur.
Təbii ki, əsas səbəbi də nüvəsində bəşəri dəyərlərin uşaq dünyasına ustalıqla
sığışdırılmasıdır. Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı
bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq.

Orkestrin bədii rəhbər və baş dirijoru Fuad İbrahimov, solisti Sergey
Dogadindir (violin,Avstriya).

Biletlərin qiyməti: 4 – 20 AZN

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da “Dağılan Tifaq” tamaşası
oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Yadigar Muradov, rejissoru Lalə Şirinova,
quruluşçu rəssamı Valeh Məmmədovdur.

Biletlərin qiyməti: 7 – 8 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Xanuma”
tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8 – 15 AZN

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Али и Нино” (Əli
və Nino) tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 15 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində saat
19:00-da”Cəza” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 10 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Fransızsayağı
qarnir” (rus dilində) nümayiş olunacaq.

İki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əsgər Əsgərov,
rejissoru Boris Qrafkin, quruluşçu-rəssamı Nabat Səmədovadır.

Biletlərin qiyməti: 8 – 15 AZN

12 oktyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Qoğal”
tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Сказка о мёртвой
царевне и семи богатырях”(“Ölü Çar qızı və yeddi igid haqqında nağıl”) tamaşası
nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Kirill Zaborixindir (Rusiya).

Biletlərin qiyməti: 5 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 12:00-da “Yağış göbələyinin
macərası”(“Приключения дождевичка”) tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 7 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Danışan
gəlincik” adlı tamaşa nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.

Biletlərin qiyməti: 7 – 10 AZN

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 14:00-da “Qaraca Qız” tamaşası olacaq.

Tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı Valeh
Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

Biletlərin qiyməti: 7 AZN

YARAT Müasir İncəsənət Məkanında saat 18:00-da “Muzey gecəsi” olacaq.

Biletlər pulsuzdur, lakin qeydiyyat tələb olunur

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 19:00-da “Он, она,
окно…любовник” (“Kişi,Qadın, Pəncərə… və Məşuq”) nümayiş olunacaq.

Tamaşanın rejissor və prodüseri İranə Tağızadə, rəssamı Aleksandr Fyodorovdur.

Biletlərin qiyməti: 15 AZN

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 19:00-da “Müsyö Jordan
və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır.

Biletlərin qiyməti: 8 – 10 AZN

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Mən dəyərəm min
cavana” adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 8 – 15 AZN

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Ölülər”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10 – 20 AZN

Xanım Aydın

Source link