Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli
keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.
Cixisyolu.com-ın təqdim etdiyi afişada oktyabrın 1-dən 7-dək Bakıda keçiriləcək
tamaşalar, konsertlər və digər tədbirlər yer alır.
1 oktyabr
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 11:00-da “Nağıllar aləmində”
nağıl-tamaşa nümayiş olunacaq.
Tamaşanın rejissoru Loğman Kərimovdur.
Biletlərin qiyməti: 7 AZN
Heydər Əliyev Sarayında saat 20:00-da “Однажды в России” (“Bir dəfə Rusiyada”)
şousu olacaq.
Yaradıcısı prodüser Vyaçeslav Dusmuhametov olan şou müasir sosial və aktual
mövzulara həsr olunmuş satirik sketçlərin toplusunu təqdim edir.
Biletlərin qiyməti: 39 – 199 AZN
2 oktyabr
Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da konsert olacaq.
Konsertin dirijoru Fəxrəddin Kərimov, solisti Ümid Musayevdir.
Biletlərin qiyməti: 4 – 20 AZN
3 oktyabr
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:10-da “Palata” tamaşası
nümayiş olunacaq.
Tamaşa dünyaşöhrətli yazıçı Anton Pavloviç Çexovun “6 №-li palata” əsəri
əsasında hazırlanıb.
Biletlərin qiyməti: 8 – 15 AZN
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat
19:00-da Cüzeppe Verdinin”Traviata” operası göstəriləcək.
Operanın dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Cənnət Səlimova,
quruluşçu rəssamı Tahir Tahirov, xormeysteri Sevil Hacıyeva, baletmeysteri
Yulana Əlikişizadədir.
Biletlərin qiyməti: 12 – 20 AZN
4 oktyabr
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Karlson”
tamaşası oynanılacaq.
Gürcüstanlı usta kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün
mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze,
bəstəkarı Şalva Masxonaşvilidir.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da “Məmmədağa Umudov –
75” adlı konsert keçiriləcək.
Biletlərin qiyməti: 4 – 20 AZN
Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da “Palitralar” adlı konsert
keçiriləcək.
Biletlərin qiyməti: 5 – 10 AZN
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “İblis və…”
tamaşası nümayiş olunacaq.
Tamaşa Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanıb. Səhnə
əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.
Qeyd edək ki, tamaşa, həmçinin, oktyabrın 5-i və 6-sı da eyni saatda
oynanılacaq.
Biletlərin qiyməti: 10 – 25 AZN
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Adamın adamı”
tamaşası nümayiş olunacaq.
Tamaşa Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi əsasında səhnəyə qoyulub.
Əsərin bəstəkarı Xalq artisti Vasif Adıgözəlov, yeni quruluşda rejissoru Əsgər
Əsgərovdur.
Biletlərin qiyməti: 8 – 15 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində saat
19:00-da”Ümid nəğməsi” tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10 AZN
“M-Teatr”da saat 19:00-da “Məsəl, ya Əməl?!” tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 10 – 20 AZN
5 oktyabr
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 12:00 və 14:00-da “Karlsonun
macəraları” adlı tamaşa oynanılacaq.
Biletlərin qiyməti: 7 – 8 AZN
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 (Azərbaycan dilində) və
16:00-da (rus dilində)”Cırtdan” tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Buratinonun
macəraları” tamaşası nümayiş olunacaq.
Əsərin müəllifi Aleksey Tolstoy, tamaşanın quruluşçu rejissoru İvitsa Simiçdir
(Xorvatiya).
Biletlərin qiyməti: 7 – 10 AZN
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Sumru Yavrucuk”
monotamaşası oynanılacaq.
Biletlərin qiyməti: 30 – 100 AZN
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da
“P.A.N.D.A.”tamaşası nümayiş olunacaq.
“P.A.N.D.A.” tamaşası dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanıb.
Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edirlər.
Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5 – 15 AZN
“M-Teatr”da saat 19:00-da “Gözlənilməz təşrif” adlı tamaşa göstəriləcək.
Tamaşa Y.Paplavskinin “İlham pərisi” pyesinin motivləri əsasında hazırlanıb.
Biletlərin qiyməti: 10 – 20 AZN
6 oktyabr
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Qızıl balıq”
tamaşası oynanılacaq.
Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən yaradıcı heyət onun
məşhur “Balıqçı və balıq haqqında nağıl”ını fərqli səhnə yozum və tərtibatında
hazırlayıb.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da “Mauqli”
tamaşası təqdim olunacaq.
Redyard Kiplinqin “Cəngəlliklər kitabı” əsəri əsasında hazırlanan tamaşanın
quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 7 – 10 AZN
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Приключения
Алладина, принцессы Жасмин и Джина-духа лампы” (“Ələddinin, Şahzadə Jasmin və
lampadakı cinin sərgüzəştləri” tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 5 AZN
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 14:00-da “Göyçək Fatma” tamaşası
nümayiş olunacaq.
Tamaşanın rejissoru Loğman Kərimovdur.
Biletlərin qiyməti: 7 AZN
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da
“21:15 qatarı”adlı tamaşa nümayiş olunacaq.
“21:15 qatarı” tamaşası dramaturq Toyğun Orbayın əsəri əsasında hazırlanıb.
Səhnə əsəri ekzistensial oyun janrında nümayiş olunur. “21:15 qatarı”
tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə
Mustafa Mustafayevdir.
Biletlərin qiyməti: 5 – 15 AZN
Heydər Əliyev Sarayında saat 19:00-da “Qu gölü – Qıpçaq rəqsləri” nümayiş
olunacaq.
Baletin quruluşçu baletmeysteri Ruslan Pronin, dirijoru Əyyub Quliyevdir.
Biletlərin qiyməti: 15 – 45 AZN
“M-Teatr”da saat 19:00-da “Bir gecənin nağılı” adlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov, musiqi tərtibatı Amid Qasımovdur.
Biletlərin qiyməti: 10 AZN
Xanım Aydın