90aaca88-c64f-4390-adca-d8a83edb5e00.webp

Oktyabrın son həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Baxış sayı: 33 dəfə baxılıb.

Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli
keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.

Cixisyolu.com-ın təqdim etdiyi afişada oktyabrın 21-dən 27-dək Bakıda keçiriləcək
tamaşalar, konsertlər və digər tədbirlər yer alıb.

21 oktyabr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 13:30-da “Yatmış gözəl və
cırtdanlar” adlı tamaşa oynanılacaq.

Biletlərin qiyməti: 7 manat.

24 oktyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “İblis və…”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10-25 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Aysedora” (rus
dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 20:00-da Ələkbər
Əliyevin”Pilot” adlı solo konserti (rus dilində) keçiriləcək.

Biletlərin qiyməti: 30-50 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da “Düyməcik”
adlı tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 12:00-da “Bir dayan,
canavar!” (rus dilində) tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 7 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrında saat 19:00-da “Sən Həmişə Mənimləsən” adlı
tamaşa oynanılacaq.

Biletlərin qiyməti: 7-10 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Dəli yığıncağı”
tamaşası oynanılacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Baladadaşın toy
hamamı” adlı tamaşa nümayiş olunacaq.

<>Biletlərin qiyməti: 8-15 manat.

26 oktyabr

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Dovşanın ad günü”
adlı tamaşa göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 12:00-da “Göyçək Fatma”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “В гостях у
сказки!” (Nağıllar aləmində – rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 12:00-da “Qırmızı papaq”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 7 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00-da “Cırtdan” (rus dilində)
tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 18:00-da “Kod adı:
V.X.A.” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-10 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Чеховское ружьё”
(Çexov silahı – rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 25 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da “Asılqan” tamaşası nümayiş
olunacaq.

Qeyd edək ki, tamaşa Kukla Teatrının binasında göstəriləcək.

Biletlərin qiyməti: 5-15 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Sənsiz”
tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 10-20 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da “Silva” tamaşası
göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

27 oktyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 11:00 və 13:00-da “Bir
qalanın sirri” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Красавица и
чудовище” (Gözəl və Bədheybət – rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 5-30 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da “Məlikməmməd” adlı
tamaşa nümayiş olunacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 12:00-da “Колобок” (Qoğalın
macərası – Rus dilində) göstəriləcək.

Biletlərin qiyməti: 7 manat.

Azərbaycan Dövlət Kukla Teatrında saat 16:00 və 18:00-da “Кошкин дом” (Pişiyin
evi – rus dilində) tamaşası olacaq.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında saat 19:00-da “21:15 qatarı” tamaşası
göstəriləcək.

Biletlərin qiyməti: 5-15 manat.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da “Войцек” (Voytsek
– rus dilində) tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 20 manat.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da “Dantenin
yubileyi” tamaşası nümayiş olunacaq.

Biletlərin qiyməti: 8-15 manat.

Xanım Aydın

Source link