Ölən şəxs barəsində saxta arayış verən bələdiyyə sədri işdən çıxarıldı
Ölən şəxs barəsində saxta arayış verən Lənkəran şəhər bələdiyyəsi ilə bağlı
məsələ aktual olaraq qalır. Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət
Kərim qızı Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi
barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma davam etdirilir.
Cinayət əməlində ittiham olunan Lənkəran şəhər bələdiyyə sədri Aygün
Mirzəyevanın bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl
dünyasını dəyişən Rəvayət Miriyevanın ölüm faktını gizlətdiyi, təqaüd kartına
sahibləndiyi və mərhumun ölümü ilə bağlı saxta arayış verdiyi iddia olunur.
Məsələ ilə bağlı Lənkəran Prokurorluğunda istintaq işləri hələki
yekunlaşmayıb. Rayon prokurorluğu şəhər bələdiyyəsində təftişi davam etdirir.
Bu barədə Bizim.Media-ya məlumat verən Aygün Mirzəyevanın sözlərinə görə,
rəhbəri olduğu bələdiyyənin fəaliyyəti ilə bağlı Lənkəran prokurorluğu
tərəfindən 4 aydır ki, yoxlama aparılır və istintaq yekunlaşmayıb. İstintaqın
yekunlaşmasından sonra məsələyə hüquqi qiymət veriləcək.
Aygün Mirzəyeva bələdiyyə sədri kimi işində qalıb-qalmaması məsələsinə də
münasibət bildirib. O, deyib ki, Lənkəran rayon Məhkəməsinin qərarı ilə iyun
ayında bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Lənkəran rayon prokurorluğunda ilkin araşdırma zamanı Lənkəran
şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət
Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı
vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi
barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək
ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi
qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya
zamanı ev şəraitində vəfat edib.
Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında
dəfn ediblər.
Məlumatı saytımıza verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün
Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun
müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə
bilməyib.
İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan
hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd
aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib.
Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən
mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb
müəssisəsi tərəfindən ölüm kağızı verilməyib.
Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib. Lənkəran
şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb.
Saxta ölüm kağızınıın isə yeni işə götürdüyü işçisisinin texniki səhvə yol
verdiyini bildirib.