2da3d159-1cd1-4247-9361-d3890d09629e..jpg

“Ola bilər ki, maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin” – AÇIQLAMA + FOTO

Baxış sayı: 4. 303 dəfə baxılıb.

“Ola bilər ki, maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin” –
AÇIQLAMA + FOTO

“Hazırda minimum əməkhaqqı və pensiyalarda elan olunan artım inflyasiyadan
çoxdur”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov
deyib. Ekspert diqqətə çatdırıb ki, 2022-ci ildə ölkədə rəsmi olaraq
inflyasiyanın həddi 13,5 faiz elan olundu və hökumətin qeyd etdiyi kimi, daha
çox ərzaq məhsullarının qiymət artımı hesabına inflyasiya formalaşdı:

“Qiymətlərin qalxması fonunda inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə
təsiri səbəbilə, təbii ki, əməkhaqqı və pensiyaların həcmində artım
planlaşdırılırdı. Hazırda minimum əməkhaqqı 15 faiz, minimum pensiyada isə 17
faizə yaxın artım nəzərdə tutulub və hər ikisi inflyasiyadan çoxdur. Burada
əsas məqsəd 2023-cü ildə qiymətlərin sabit qalmasına nail olmaqdır. Bir çox
ekspertlər, beynəlxalq təşkilatlar 2023-cü il üçün inflyasiyanın aşağı
düşəcəyini proqnozlaşdırır, təxminən 4-5 faiz həcmində olacağı düşünülür. Əgər
hökumət buna nail olarsa, düşünürəm ki, minimum əməkhaqqının 15 faizlik artımı
əhalinin alıcılıq qabiliyyətini qismən qoruya bilər”.

İqtisadçı hesab edir ki, iyun ayında büdcəyə yenidən baxıla bilər:

“Digər kateqoriyalardan əməkhaqqı artımı hələ ki elan olunmayıb. Ancaq minimum
əməkhaqqından qaynaqlanaraq digər maaşların da ən azı 15 faizlik bir artım
nəzərə alınır. Ola bilər ki, yeni kateqoriyalar, müxtəlif qruplar üzrə il
ərzində maaşların artımıyla əlaqəli yeni sərəncamlar verilsin. Çünki büdcədə
təxminən əməkhaqqıyla bağlı 20-25 faizlik bir artım nəzərdə tutulub. İyun
ayında büdcəyə yenidən baxıla bilər. Amma mövcud artım da əvvəlki ilin
infliyasiyasına adekvat, hətta bir az üstündədir”.

Sayad Həsənli

Source link