Öldürülən müğənninin anası qətlin səbəbini açıqladı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Üç dəfə Yaqut evə polis çağırıb. Gəlib qızımdan 30 min manat pul istəyib.
Yaqut niyə ona o pulu verməli idi ki?”
Bunu həyat yoldaşı tərəfindən qətlə yetirilən 43 yaşlı müğənni Yaqut
Həşimovanın anası “Günə son” verilişində deyib.
“Kürəkənim Anar Həşimov heç yerdə işləmirdi. Qızım ona ərə gedəndə bir ay evdə
söz-söhbət oldu. Yaqut ona ərə gedəndən xoş günü olmadı.
“Ayrıl, qoy çıxsın getsin” deyirdim. Amma Yaqut cavab verirdi ki, oğlum var.
Sonda da gəldi bu yerə çıxdı. Kürəkənim gəlib hazır evdə oturub. Hələ Yaqut ona
avtomobil də aldı ki, taksi kimi işlətsin”.
Qeyd edək ki, Yaqut Həşimova “Azəristar” müsabiqəsinin iştirakçısı olub və
şou-biznesdə Yaqut Nəriman kimi tanınıb.
Y.Həşimovanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun
xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Daha ətraflı ARB TV-nin süjetində: