Öldürülən müğənninin bacısı Əli Mirəliyevi məhkəməyə verəcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 16-da qısqanclıq zəminində müğənni Yaqut Həşimova həyat yoldaşı Anar
Həşimov tərəfindən qətlə yetirilib.
Mərhumun duet ortağı, müğənni Əli Mirəliyev televiziyada yayımlanan
verilişlərin birində mərhum müğənni haqqında “Sağ olarkən içkili halda mənə
zəng vurmuşdu. O, artıq yolunu azmışdı” ifadəsini işlədib.
Cixisyolu.com xəbər verir ki, Əli Mirəliyev ötən gün həmin verilişə gələrək işlətdiyi
sözlərə görə mərhumun ailəsindən üzr istəyib.
Mərhumun bacısı Şəlalə efirə bağlanaraq, Əli Mirəliyevin işlətdiyi ifadəyə
görə onu məhkəməyə verəcəyini bildirib.