Öldürüldüyü bildirilən rusiyalı jurnalist sağ imiş

Öldürüldüyü bildirilən rusiyalı jurnalist sağ imiş

Baxış sayı: 2. 062 dəfə baxılıb.

Ukraynada öldürüldüyü iddia edilən rusiyalı jurnalist Arkadi Babçenko sağ imiş.

ÇıxışYolu.Com-nun Rusiya KİV-ə istinadən məlumatına görə, o, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) konfransına qatılıb.

“Mən Arkadi Babçenkonun ailəsinə başsağlığı vermək istərdim, lakin bunu etməyəcəm. Əksinə, mən bu gün Arkadiyi üçüncü doğum günü münasibəti ilə təbrik edirəm və onu zala dəvət edirəm”, – SBU-nun rəhbəri Vasili Qritsak açıqlayıb.

O, həmçinin əlavə edib ki, Babçenkoya sui-qəsd hazırlanması barədə qurumun məlumatı olub. Onun ölümü haqda məlumat isə xüsusi əməliyyat çərçivəsində yayılıb.

www.ÇıxışYolu.Com