0e582cb3-0884-424c-a005-c0c2b51004f9..jpg

Öldüyü deyilən qazi illər sonra ayaqlarını itirdiyi yerdə: Qubadlıdan təsirli görüntülər – VİDEO

Baxış sayı: 548 dəfə baxılıb.

Öldüyü deyilən qazi illər sonra ayaqlarını itirdiyi yerdə: Qubadlıdan təsirli
görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV Vətən müharibəsində Qubadlı uğrunda gedən döyüşlərdə hər iki ayağını
itirmiş qazi Camal Alxasov haqqında reportaj hazırlayıb.

Dörd il sonra yaralandığı yerə gedən Camal həmin anları xatırlayıb:

“İlk minaatan mərmisi düz maşının qabağına düşdü. Onda gözümdən və qulağımdan
yaralandım. Kazarmaya çatmağa az qalmış polkovnik Tahir Məmmədov səsləndi ki,
“istəyirsən, minaatan üstünə düşsün? Qaç dedim sənə, əsgər”. Elə onda minaatan
zərbəsi məni havaya qaldırıb yerə atdı. Ayaqlarımı, qolumu tərpətmək istəyəndə
gördüm ki, işləmir”.

Ayaqlarının basdırıldığı yeri də ziyarət edən Camal necə xilas olunmasından da
danışıb:

“Məni yaralı vəziyyətdə Elxan və Mamed qardaşları sürüyərək kazarmanın
zirzəmisinə salıblar. Amma gözlərim görmədiyi üçün həmin anları xatırlamıram.
Ayaqlarımı transformatorun yanında basdırıblar”.

Ətraflı süjetdə:


Source link